II Müalicə-profilaktika fakültəsinin Elmi Şurasının onlayn iclası keçirilib

Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsinin Elmi Şurasının onlayn iclası keçirilib.

İclasda fakültənin dekanı dos. İsrail Məhərrəmbəyli iştirakçılara ATU-nun buraxılış kurslarının semestr və dövlət attestasiyası imtahanları, eləcə də digər kurslarda imtahanların, apellyasiyanın gedişi haqqında ətraflı məlumat verib.

Dos. İ.Məhərrəmbəyli qeyd edib ki, COVID-19 pandemiyası ilə əlaqədar tədris prosesinin onlayn formada aparılması zərurəti yaranarsa, bu prosesə əvvəlcədən daha yaxşı hazırlaşmaq, mühazirə və məşğələ dərsləri üçün lazımi materialları hazırlamaq lazımdır.

Daha sonra kafedrada müxtəlif vəzifələrə namizədlərlə bağlı səsvermə keçirilib. Müsabiqədə iştirak edən 2 namizəd də onlayn iclasın iştirakçısı olub. Elmi Şura üzvləri namizədlərə səs verdikdən sonra protokola münasibət bildirilib.


Toplantıda cari məsələlər də müzakirə olunub.