Bu günlərdə ATU-nun Stomatologiya fakültəsinin Elmi Şurasının online iclası keçirilib. İclasda şuranın 32 üzvündən 27-si iştirak edib. Stomatologiya fakültəsinin dekanı, dosent Səid Əhmədov iclas iştirakçılarına ATU-nun Apelyasiya Şurasının yeni sədrinin Histologiya kafedrasının müdiri Eldar Qarayevin təyin olunması haqqında məlumat verib. Həmçinin, apelyasiya üçün təyin olunan ekspertlər, proses zaman rast gəlinən problemlər barədə danışıb.
Elmi Şuranın iclasında həm də yeni tədris ili ilə bağlı planlar müzakirə olunub. Pandemiya ilə əlaqədar karantin rejiminin uzanacağı təqdirdə online tədris prosesinə hazırlıq işlərinin aparılması qərara alınıb. Artıq indidən müəllimlərə praktiki məşğələləri elektron təqdimat formasında hazırlamaq tövsiyyə olunub. Dərslərin online formada davam etdirilməsi ehtimalı olduğundan, S.Əhmədov proqrama düşən mövzularla bağlı indidən videoçarxlar hazırlanması ilə bağlı tapşırıq verib.
İclasda həm də 2 dərs vəsaitinin Böyük Elmi Şuraya təqdim pıunması ilə bağlı razılıq əldə olunub. Bunlardan biri "Uşaq stomatologiyası", ikincisi isə qulaq, burun, boğaz kafedrasının dərs vəsaiti olub. Online iclasın sonunda şuradakı bəzi vəzifələrə namizədlərin təyinatı ilə bağlı müsabiqə keçirilib, açıq səsvermə aparılıb.