Azərbaycan Tibb Universitetinə qəbul olan bütün magistrlərimizi təbrik edir, onlara təhsilində uğurlar arzulayırıq.
Bu il Azərbaycan Tibb Universitetində magistratura səviyyəsi üzrə iki yeni ixtisas açılıb: Səhiyyə menecmenti və Klinik psixologiya. Onu da qeyd edək ki, hər iki ixtisas üzrə nəzərdə tutulmuş plan yerləri dolub.
Ümumi olaraq, əczaçılıq ixtisası üzrə 15 nəfər, səhiyyə menecmenti üzrə 10 nəfər, klinik psixologiya üzrə 10 nəfər ATU-nun magistri adını qazanıblar!