“Rezidenturaya Birlikdə Hazırlaşaq” layihəsi çərçivəsində ilk vebinar baş tutub

Azərbaycan Tibb Universiteti Tələbə Gənclər Təşkilatı “Rezidenturaya Birlikdə Hazırlaşaq” layihəsinə start verib. Layihə çərçivəsində rerezidenturaya hazırlaşan tələbə və məzunların hazırlıq prosesinə dəstək vermək məqsədi ilə müvafiq fənnlər üzrə ekspertlərin tələbələrlə onlayn görüşləri təşkil olunur.

İlk onlayn görüş-vebinar Normal fiziologiya fənni üzrə həyata keçirilib. Normal fiziologiya kafedrasının dosenti Aqil Əliyev tələbələrlə görüşərək, fənn üzrə imtahana hazırlaşmağa dair tövsiyələrini verib və iştirakçılar tərəfindən ünvanlanan sualları cavablandırıb. Onlayn görüş Zoom platforması üzərindən həyata keçirilib və təşkilatın feysbuk səhifəsində canlı yayımlanıb. Vebinardan ümumilikdə 250 nəfərdən çox tələbə və məzun yararlanıb.

Məlumat üçün qeyd etmək istəyirik ki, ekspert müəllimlər tələbələrin ümumi rəyinə əsasən müəyyən olunub.
Qeyd edək ki, növbəti vebinarlar haqqında məlumatı universitetin və təşkilatın sosial media hesablarından əldə edə bilərsiniz.

Normal fiziologiya fənni üzrə vebinarı təkrar izləmək üçün keçid :

https://www.facebook.com/amusyoatutgt/videos/2015328921931955/