ATU-ya yeni prorektor təyin olunub
Azərbaycan Tibb Universitetində rəhbər vəzifəyə təyinat olub. Belə ki, dosent Zülfüqar Musabəyov ATU-nun təlim-tərbiyə işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. Prorektor Z.Musabəyov yeni təyinata qədər rektorun müşaviri vəzifəsində çalışıb.
 
Qeyd edək ki, bundan əvvəl ATU-nun təlim-tərbiyə işləri üzrə prorektoru vəzifəsini professor Rafiq Məmmədhəsənov icra edirdi.