Azərbaycan Tibb Universitetinə bu il qəbul olunub tələbə adını qazanan hər kəsi təbrik edir, gələcək təhsilinizdə müvəfəqiyyət arzulayırıq!
Ölkədəki sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq, tələbələrin təhsil müəsisələrində qeydiyyat prosesinin elektron qaydada həyata keçirilməsi haqqında Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən qərar verilib.
2020/2021-ci tədris ilində müxtəlif ixtisaslara qəbul olunmuş I kurs tələbələrinin universitetə qeydiyyatı onlayn şəkildə həyata keçiriləcək.
Qeydiyyat 25 sentyabr tarixindən 7 oktyabr 2020 tarixinədək aşağıdakı link vasitəsilə aparılacaqdır. Aşağıda göstərilən linkə daxil olaraq, əvvəlcə qəbul qaydaları ilə tanış olmağınız xahiş olunur.
Qəbul qaydalarında qeydiyyat zamanı tələb olunan sənədlərin siyahısı, ödənişli əsaslarla oxuyan tələbələr üçün bank rekvizitləri, güzəştli kateqoriyaya aid olan tələbələr üçün müvafiq sənədlərin siyahısı qeyd olunub.
Qəbul qaydaları ilə tanış olub sənədləri topladıqdan sonra eyni linkdə olan qeydiyyat bölməsinə daxil olaraq, tələb olunan sənədləri və məlumatları daxil edərək, qeydiyyatı tamamlayırsız. Qeydiyyatın tamamlanmağı haqqında göstərdiyiniz elektron poçt ünvanına mesaj daxil olacaq.
Qeyd etdiyiniz məlumatlar və yerləşdirdiyiniz sənədlər yoxlanıldıqdan sonra elektorn poçt ünvanınıza ikinci mesaj daxil olacaq. Bu mesajda sizə universitetə müqavilə imzalanması üçün hansı gün hansı saatda gəlməli olduğunuz haqqında məlumat göstəriləcək.
Onlayn qeydiyyat linki: register.amu.edu.az