"Klinika - Təməl fənlərdə" adlı vebinar öz işinə start verib
I Müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi "Klinika - Təməl fənlərdə" adlı vebinarlar silsiləsindən birincisi histologiya fənninə həsr olunub.
 
İlk vebinara I Müalicə-profilaktika fakültəsinin tələbələrindən 280 nəfər 1,2 və 3-cü kurslar üzrə, 4, 5, 6-cı kurslar üzrə isə 80 nəfərə yaxın tələbəiştirak edib. Vebinarda II Müalicə-pofilaktika, İctimai Səhiyyə və Stomatologiya fakültələrindən də tələbələr iştirak edib.
 
Vebinarda dekan t.ü.f.d., dos. Elşad Novruzov ATU-da olan islahatlardan, gələcəkdə yüksək ixtisaslı tibbi kadrların hazırlanması üçün görülən işlərdən dsnışıb, fakültə elmi cəmiyyətinin işinə, tələbələr tərəfindən bu qədər maraq yaranmış vebinarın təşkili üçün təşkilatı heyətə gələcək işlərində müvəffəqiyyətlər və uğurlar arzulayıb.
 
Daha sonra histologiya, embriologiya və sitologiya kafedrasının əməkdaşları - t.ü.f.d dos., Sultanova Tamilla. , t.ü.f.d., baş müəllim Quliyeva Nigar ilə birlikdə müxtəlif situasiya məsələlərinin müzakirəli izahı olub.
 
Diqqətinizə çatdıraq ki, vebinarlarımız davam edəcək və bu barədə yaxın günlərdə məlumat paylaşılacaqdır.
Keçirilmiş vebinarı aşağıdakı link vasitəsi ilə izləyə bilərsiz.