Bu gün ÜST-nin Azərbaycandakı Nümayəndəsi Dr Hande Harmancı tibb və ictimai səhiyyə sahəsində təhsil alan tələbələrlə görüşüb. Dr. Hande Harmancı ÜST-nin dünyada və Azərbaycandakı missiyasından, həyata keçirdiyi layihələr və qarşıya qoyduğu məqsədlərdən bəhs edib və tələbələrin suallarına cavab verib. Görüşdə Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri, eləcə də Həkimlər və Təbib Tələbələr İctimai Birliyinin (AzerMDS) üzvləri iştirak edib.