Azərbaycan Tibb Universiteti (ATU) Tələbə Həmkarlat İttifaqı Komitəsinin idarə heyəti ilə komitə iştirakçıları arasında onlayn görüş keçirilib.
Görüşdə ATU THİK-in sədri Elvin Kərimli gəncləri bu gün münasibıtilə təbrik edərək başlayıb və günün tarixindən, önəmindən bəhs edib.
"Bu gün Azərbaycan gəncliyi həqiqətən də ötən illərlə müqayisədə getdikcə inkişaf etməkdədir, elə bütün sahələrdə həm elm sahələri həm incəsənət sahələri və digər sahələrdə gənclərimizin fəal iştirakını görürük. Bu çox sevindirici haldır. Ulu Öndər tərəfindən təsis edilən bu gənclər günü də məhz ölkəmizin gələcəyi olan gənclərə olan böyük etimadın göstəricisidir" deyə o bildirib.
Daha sonra komitə digər heyətindən olan komitənin sədr müavini Cavid Mustafazadə, Hərbi Tibb fakültəsinin sədri Vahid Rzayev, İctimai Səhiyyə fakültəsinin sədr müavini Aydan Əliyeva və digər tələbələr öz fikirilərini bölüşmüş müzakirələr aparılıb.
Eyni zamanda buil gənclər gününün xüsusi əhəmiyəti olduğunu, minlərlə qəhrəman, şəhid olan gənclərin olduğunu qeyd ediblər və onların xatirəsi 1 dəqiqəlik sükutla yad ediblər.
Sonda gənclər günü münasibətilə tələbələr onlayn sertifikatlarla təltif olunublar.