ATU Tələbə Gənclər Təşkilatının sədri "İlin TGT sədri" adına layiq görülüb
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) 2 Fevral Gənclər günü münasibətilə Gənclər Fondunun maliyyə dəstəyi ilə “Dəmir Yumruq, Dəmir Gənclik” adlı tədbir təşkil edib.
Onlayn formatda keçirilən tədbirdə ATGTİ-nin sədri Pərviz Mirələmli 44 günlük Vətən Müharibəsi zamanı gənclərimizin müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında birlik nümayiş etdirərək, ön və arxa cəbhədə düşmənlə mübarizədə sərgilədiyi şücaətə diqqət çəkib.
Görüş zamanı Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov gəncləri, 2 fevral Gənclər Günü ilə bağlı təbrik ediblər.
Tədbir zamanı il ərzində aktiv fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatları, sədrləri və fəalları təltif edilib.
ATU Tələbə Gənclər Təşkilatının sədri Rauf Vəliyev il ərzində səmərəli fəaliyyətinə görə "İlin TGT sədri" fəxri adı və 30 nəfər ATU tələbəsi isə Vətən Müharibəsi, Tovuz hadisələri, pandemiyaya qarşı mübarizədə iştirakı və ümumi fəaliyyətləri üzrə mükafatlandırılıblar.