Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə növbəti "Klinika - təməl fənlərdə" adlı vebinar keçirilib. Tibbi genetikaya həsr olunmuş bu dəfəki vebinarda I Müalicə Profilaktika, II Müalicə Profilaktika, Stomatologiya, İctimai səhiyyə, Hərbi tibb və Əczaçılıq fakültələrindən 180-ə yaxın tələbə qoşulub.
I MPF Tələbə Elmi Cəmiyyətinin rəhbəri, t.ü.f.d., dos. Rəna Rzayeva tibbi biologiyanın və genetikanın inkişaf etdiyi müasir dövrdə böyük əhəmiyyət daşıdığını bildirib.
Açılış nitqindən sonra ATU-nun I Uşaq Xəstəlikləri kafedrasının dosenti, t.e.d. Səbinə Qarayeva, Tibbi Biologiya və Genetika kafedrasının əməkdaşları b.e.n., dos. Süleymanova Leyla, b.e.n., dos. Əflatun Əzizov, b.ü.f.d., baş müəllim Ramin Həşimov tibbi genetikaya aid müxtəlif mövzularda situasiya tipli məsələlərin genetik izahı, klinik izahını vermiş, həmçinin bu məsələlərin diaqnostikası, müalicəsi və s. haqqında ətraflı çıxış ediblər.
Vebinarı aşağıdakı link vasitəsilə Youtube kanalından izləmək də mümkündür.