ATU-nun İctimai Səhiyyə fakültəsində müzakirələr aparılıb
Azərbaycan Tibb Universitetinin (ATU) İctimai Səhiyyə fakültəsinin nəzdində fəaliyyət göstərən kafedra əməkdaşları ilə rəhbərlik arasında onlayn görüş keçirib.
İctimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayevin sözlərinə görə görüşün əsas məqsədi qış imtahan sessiyasından sonrakı vəziyyətin müzakirəsi olub: «Görüşdə apellyasiya komissiyasına müraciət edən tələbələrin qarşılaşdığı problemlər müzakirə olunub, ötən ilin müvafiq dövrü ilə müqayisə aparılıb. Məlum olduğu kimi, imtahan sessiyasına hazırlıq semestrin əvvəlindən başlayır. Odur ki, artıq yaz imtahan sessiyasına hazırLıqla əlaqədar da fikir mübadiləsi aparılıb. O cümlədən, tədris prosesinin gedişi, onlayn və əyani dərslərin təşkili, kafedralarda professor-müəllim heyətinin fəaliyyətinin nizamlanması və s. kimi cari məsələlər ətrafında da müzakirələr aparılıb».
Qeyd edək ki, ATU-nun ictimai səhiyyə fakültəsində I və II kursların dərsləri tam olaraq onlayn şəkildə, III, IV və V kurslarda ixtisas fənləri əyani şəkildə, qeyri-profil fənlər üzrə isə onlayn şəkildə davam etdirilir.