ATU TEC-in rəhbəri beynəlxalq tədbirdə moderatorluq edib
Martın 11-13-də Türkiyə Yırtıq Dərnəyinin təşkilatçılığı ilə VIII Beynəlxalq konqres keçirilib. Azərbaycan Tibb Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri, Tibb Elmləri Doktoru Müşviq Həsənov həmin konfransda moderator qismində iştirak edib.
Konfransın açılışında çıxış edən M.Həsənov iştirakçılara ATU rəhbərliyinin salam və təbrikini çatdırıb, toplantının işinə uğurlar arzulayıb. 3 gün davam edən konfransda ABŞ, Rusiya, Özbəkistan və digər ölkələrdən olan mütəxəssislər məruzə ilə çıxış ediblər. Ümumilikdə konqres zamanı yırtıq cərrahiyyəsində yeniliklərə həsr olunmuş 20-dən çox iş təqdim olunub. Konfransın işi ilə əlaqədar sosial şəbəkələrdə məlumatlar yerləşdirilib, Youtube kanalında videolar yayımlanıb.
ATU təmsilçisi M.Həsənov konfransın bağlanış mərasimində də çıxış edərək pandemiya şəraitində bu formatda tədbirlərin davamlı olmasının vacibliyindən danışıb.