ATU-nun əməkdaşı beynəlxalq toplantıda çıxış edib
ATU-nun I cərrahi xəstəliklər kafedrasının əməkdaşı Taryel Ömərov Bariatrik-Metabolik cərrahiyyə həsr edilmiş beynəlxalq konfransda iştirak edib. İki gün davam edən tədbir Rusiyanın Novosibirsk şəhərində təşkil olunub.
Rusiyanın Milli Bariatriya Konqresinin təşkil etdiyi elmi toplantı “Piylənmə və onu müşayiət edən metabolik pozğunluqların cərrahiyyəsi” mövzusuna həsr edilib. Professor Yuri Yaşkov və Aleksandr Neymarkın təşçkilatçılığı ilə baş tutan toplantıda azərbaycanlı həkim T.Ömərov ölkəmizdə bariatrik cərrahiyyə sahəsində görülən işlərdən bəhs edib. Öz təcrübəsini bölüşən ATU əməkdaşı tədbir iştirakçılarını maraqlandıran çoxsaylı sualları da cavablandırıb.