ATU-nun İctimai Səhiyyə fakültə rəhbərliyi tələbələri dinləyib
Azərbaycan Tibb Universitetinin (ATU) İctimai Səhiyyə fakültə rəhbərliyinin tələbələrlə növbəti görüşü keçirilib. Onlayn formatda baş tutan tədbirdə tələbələr onları narahat edən məsələlər barədə fikilərini fakültə rəhbərliyinə bildiriblər.
 
Bu dəfəki görüşdə tələbələr onlayn dərslərdə innovativ üsulların tətbiqi, bəzi fənlər üzrə mövzuların bölüşdürülməsi və digər məsələlərlə bağlı fikirlərini bölüşüblər, onları maraqlandıran sualları ünvanlayıblar. Fakültənin dekanı professor Anar Ağayevin sözlərinə görə, bəzi məsələlərin elə yerindəcə həlli ilə bağlı göstəriş verilib. Tələbələrə təhsil haqqının ödənilməsi ilə əlaqədar müqavilədə nəzərdə tutulan qaydalar da xatırladılıb. Görüş 6 kurs üzrə 42 qrupun nümayəndələri ilə aparılıb.
 
Qeyd edək ki, ATU-nun İctimai səhiyyə fakültəsinin rəhbərləyi ənənəvi olaraq ayda azı 2 dəfə tələbələrlə görüş təşkil edir, tətbiq edilən yeniliklərlə, tədris prosesini gedişi ilə bağlı onların fikirlərini öyrənir. Mövcud epidemik şəraitə uyğun olaraq, son dövrlərdə görüşlər onlayn formatda keçirilir.