Magistrantlarla görüş keçirilib

Rezidentura və magistratura" şöbəsinin müdir müavini Əfsanə Məmmədova 19.05.2021 tarixində Əczaçılıq fakültəsinin "Əczaçılıq texnologiyası", "Əczaçılığın təşkili", "Əczaçılıq kimyası", "Ümumi və toksikoloji kimya", "Farmakoqnoziya" ixtisasları üzrə təhsil alan 2-ci kurs magistrantları ilə online rejimdə toplantı keçirib.

Ə.Məmmədova magistrantların dissertasiya müdafiəsinə hazırlıq səviyyəsi ilə maraqlanıb. Toplantıda müdafiə şurasının elmi katibləri - baş müəllim Maxrux Nagıyeva və dosent Sənəm Əliyeva da iştirak ediblər.

Magistrantlar müdafiə ilə bağlı bəzi suallar veriblər. Müzakirələr müdafiənin hansı formatda keçəcəyi və necə qiymətləndiriləcəyi mövzusu ətrafında davam edib.

undefined