Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında II Müalicə-profilaktika fakültə rəhbərliyinin Prezident təqaüdçüsü olan məzunlarla görüşü baş tutub.
Görüş zamanı ATU-nun II Müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli bu “Prezident təqaüdçüsü” kimi yüksək titulu təhsil müddəti boyunca qoruyub saxlamağı bacaran məzunları təbrik edib. Onlara gələcək fəaliyyətlərində uğurlar arzulayaraq hər birinin peşəkar mütəxəssis kimi tanınmasını diləyib.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev də məzunları tədris ilini müvəffəqiyyətlə başa vurmaları münasibətilə məzunları təbrik edib. Onlara peşəkar həkim kimi nailiyyətlər qazanmağı, daim yüksəklikdə olmağı arzulayıb.
Qeyd edək ki, Prezident təqaüdçüləri Nigar Mirzəyeva, Namazəli Bəgəliyev, Təranə Şirinbəyli və Səbinə Sədrəddinova bütün təhsil müddəti boyunca – 2015-ci ildən 2021-ci ilədək Prezident təqaüdçüsü olublar. Onlara görüş zamanı fakültə rəhbərliyi tərəfindən xatirə hədiyyələri təqdim olunub.
Görüşdə fakültənin dekan müavinləri Zabit Məmmədov, Arzu Bəydəmirova və akademik məsləhətçi Nərmin Bayramova iştirak ediblər.