27-31 may tarixlərində Qazaxıstanın Almatı şəhərində XXVII Beynəlxalq Morfoloji Elmlər Simpoziumu keçirilib. Al-Farabi Qazaxıstan Milli Universiteti tərəfindən təşkil olunmuş tədbir “Hüceyrə, toxuma, orqanlar - təcrübə, yenilik və tərəqqi” mövzusuna həsr edilmişdi.
ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasının assistenti Əliyeva Səbinə Aydın qızı simpoziumda “Müxtəlif formalı üz kəllələrində asimmetriyanın öyrənilməsi” mövzusunda cıxış edib.