ATU-nun I Müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) 2020/2021 tədris ili üçün yekun görüşü keçirilib.
Görüşdə fakültənin dekanı, dosent Elşad Novruzov, I MPF TEC-in rəhbəri, dosent Rəna Rzayeva və fakültənin elmi cəmiyyətinin təşkilati heyətinin üzvləri iştirak ediblər. Fakültə dekanı Elşad Novruzov təşkilati heyətə öz təşəkkürünü bildirib, onlara gələcək elmi fəaliyyətlərində müvəfəqiyyətlər arzulayıb.
Daha sonra rektor, professor Gəray Gəraybəyli tərəfindən imzalanmış sertifikatlar Tələbə Elmi Cəmiyyətinin işlərində, müxtəlif konfrans və vebinarların təşkilində yaxından iştirak edən tələbə və müəllimlərə təqdim edilib.
Qeyd edək ki, I Müalicə-profilaktika fakültəsi rəhbərliyinin dəstəyi ilə fakültə Tələbə Elmi Cəmiyyəti son bir ildə çoxsaylı tələbələrin diqqətini çəkən "Klinika -Təməl Fənlərdə" adlı 7 vebinar silsiləsini və "Radioloji görüntülər necə oxunmalı - Toraks" adlı videokonfrans həyata keçirib. Vebinarlar, eyni zamanda "Yotube" kanalı vasitəsi ilə yayımlanıb, onlar 4000-ə yaxın izlənmə qazanıb.
Görüşün sonunda tələbələrə uğurlar arzu edilib, növbəti tədris ilində daha da maraqlı işlərin görülməsi, tələbə elmi cəmiyyəti iclaslarının, müxtəlif elmi-praktiki konfransların təşkili barədə danışılıb.
TEC Təşkilati Heyəti:
Abızadə Rəşad - TEC sədri
Aslanova Tünzalə
Behbudova Sevda
Çankaya Bahar
Əhmədov Nadir
Ələkbərov Ümid
Ələsgərova Aytən
Əlizadə Sevinc
İmanova Gülsüm
Kərimova Nəzrin
Qafarova Nigar
Qubadova Nisə
Mahalova Tamara
Manafova Vüsalə
Muhammed Hakan Bilgili
Mürsəlzadə Fatimə
Rəcəbova Natəvan
Rüstəmova Şəbnəm
Sofiyeva Həmayə
Tağıyeva Günel.