XX daxili turnirin qalibi "Alfa" olub

Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komtiəsinin debat klubunun XX daxili turniri keçirilib. Turnir onlayn formatda baş tutub.

Açılış günündə iştirak edən THİK sədri E.Kərimli tələbələrin asudə vaxtını belə səmərli keçirmələrini xoş qarşladığını bildirib və bundan sonra da THİK-in bu tip tədbirlərə dəstək olacağını qeyd edib.

4 gün ardıcıl olaraq keçirilən turnirin final mərhələsində “Təsdiq mövqe”də "Triumph", “İnkar mövqe”də isə "Alfa" komandası qərarlaşıb. Hakimlərin qərarına əsasən, XX daxili turnirin qalibi "Alfa" olub.

Sonda ATU THİK-in debat klubunun XX daxili turnirinin ən yaxşı natiqləri seçilib və komitəyə dəvət olunaraq sertifikatlarla mükafatlandırılıb.

Mükafatçılar:
Ən yaxşı I natiq: Məhəmməd Məmmədov
Ən yaxşı II natiq: Süsən Məmmədli, Lalə Rövşənova
Ən yaxşı III natiq: Fidan Seyfullayeva
Ən yaxşı IV natiq: Nətavan İmanzadə
Ən yaxşı V natiq: Süpan İbrahimov
Ən yaxşı VI natiq: Səddam Abidli, Fidan Davudlu, Fidan Məmmədli
Ən yaxşı VII natiq: Səkinə Ağazadə
Ən yaxşı VIII natiq: Xalid Abaszadə
Ən yaxşı IX natiq: Sevinc Məmmədova
Ən yaxşı X natiq: Müqəddə Hüseynli, Səidə Bağırova.

Turnirin ən yaxşı məşqçisi: Gülnaz Hüseynova (“Triumph” komandası)

Turnirin ən yaxşı hakimi: Emil Quliyev.