Dünəndən etibarən Azərbaycan Tibb Universitetində (ATU) Yekun Dövlət Attestasiyasına start verilib. Universitetin rektoru, professor Gəray Gəraybəyli bu gün Müalicə-profilaktika fakültələrinin buraxılış kurs tələbələri üçün keçirilən imtahanları izləyib.
Xatırladaq ki, ATU-da Yekun Dövlət attestasiyası Nazirlər Kabinetinin qərarına əsasən keçirilir. Bacarıq imtahanları əyani olaraq, test imtahanları isə onlayn formatda təşkil edilmişdir. İlk mərhələdə tələbələrin bacarıqları, növbəti mərhələdə isə nəzəri bilikləri qiymətləndirilir. İmtahanlar iyunun 30-a qədər davam edəcək
Professor G.Gəraybəyli Obyektiv Strukturlaşmış Klinik İmtahanları (OSKİ) vermiş, eləcə də hələ imtahanları olmamış tələbələrlə söhbət edərək, onların fikir və təkliflərini dinləyib, proses gedən kabinetlərlə tanış olub. İmtahandan uğurla çıxan tələbələri təbrik edən rektor, pandemiya vəziyyəti ilə əlaqədar sualların azaldıldığını, test imtahanlarının onlayn keçirildiyini nəzərə çatdırıb.