Azərbaycan Tibb Universitetində “Rezidenturaya birlikdə hazırlaşaq" layihəsi çərçivəsində bu ilin ilk vebinarı keçirilib. Normal fiziologiya fənni üzrə təşkil olunan vebinara qeydiyyatdan keçmiş 200-ə yaxın tələbə və məzun qoşulub.
Vebinarda əvvəlcə ATU-nun əməkdaşı, dosent Aqil Əliyev öncədən müəyyən olunmuş mövzular üzrə geniş izahlı çıxış edib. Sonra isə iştirakçıların sualları cavablandırılıb.
Zoom platforması üzərindən baş tutan onlayn görüş ATU-nun Tələbə Gənclər Təşkilatının feysbuk səhifəsində canlı yayımlanıb. Bununla da 3 saatdan artıq davam edən vebinarın daha geniş auditoriya tərəfindən izlənilməsinə imkan yaradılıb.
Qeyd edək ki, Rezidenturaya birlikdə hazırlaşaq" layihəsi ATU, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və ATU-nun Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilir. Məqsəd rezidenturaya hazırlaşan gənclərə yardım etmək, onların daha çox bilik əldə etməsinə dəstəkləməkdir.
Normal fiziologiya fənni üzrə onlayn görüşü təkrar izləmək üçün aşağıdakı keçidin istifadə edə bilərsiniz:
https://www.facebook.com/amusyoatutgt/videos/310577977234115/