Patoloji anatomiya üzrə vebinar keçirilib

Azərbaycan Tibb Universitetində rezidenturaya hazırlaşan tələbələrə yardım məqsədilə növbəti vebinar baş tutub. Bu dəfə "Rezidenturaya birlikdə hazırlaşaq" layihəsi çərçivəsində patoloji anatomiya fənni üzrə tədbir keçirilib.  3 saatdan artıq davam edən vebinara 250-yə yaxın tələbə və məzun qoşulub.

Vebinarda ATU-nun əməkdaşları — kafedranın tədris hissə müdiri, dosent Müşfiq Orucov və dosent İlahə Kərimova fənn üzrə önəmli  mövzularla bağlı mühazirə söyləyiblər. Pataloji anatomiya üzrə iştirakçıları maraqlandıran suallar da cavablandırılıb. 

Qeyd edək ki, "Rezidenturaya birlikdə hazırlaşaq" layihəsi Azərbaycan Tibb Universiteti (ATU), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı(ATGTİ) və ATU-nun Tələbə Gənclər Təşkilatının(ATU TGT) birgə təşkilatçılığı ilə həyata keçirilir.

Ənənəvi olaraq Zoom tətbiqi üzərindən baş tutan onlayn görüş Tələbə Gənclər Təşkilatının feysbuk səhifəsində canlı yayımlanıb və daha geniş izləyici auditoriyasına çatdırılıb. 

Vebinara qoşula bilməyənlər üçün onun videoyazısını təkrarən izləmək imkanı da yaradılıb. Bunun üçün aşağıdakı keçiddən istifadə etmək olar:

https://www.facebook.com/amusyoatutgt/videos/208158517696644/