Özümüzü narahat hiss edən kimi onlara üz tuturuq. Ən çətin anlarda, ağır və ağrılı günlərdə də həkimlərin qəbuluna gedirik. Gecə, ya gündüz olmasından asılı olmayaraq bizi dinləyən, müalicə edən, sağaldan loğmanlarımızın - tibb işçilərinin bu gün peşə bayramıdır.
Son dövrlər hər birimiz üçün olduğu kimi, tibb işçiləri üçün də ağır keçdi. Əvvəlcə pandemiya, sonra isə Vətən müharibəsində həkimlərin hansı fədakarlıq və cəsarət nümayiş etdirdiyinin şahidi olduq.
Azərbaycan Tibb Universitetinin bütün tibb işçiləri başda olmaqla, hər birinizi peşə bayramı münasibətilə təbrik edirik!
Hörmətli həkimlərimizi, feldşerlərimizi, gələcəyin həkimi olacaq tələbələrimizi, ölkəmizdə səhiyyə və tibb elmi sahəsində çalışan hər kəsi təbrik edir, bu müqəddəs və şərəfli peşənizin icrasında sizə uğurlar arzulayırıq!