Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə ATU-da tədbir keçirilib

Universitetin ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup əməkdaşa Fəxri fərmanlar və pul mükafatları təqdim olunub

 

17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Azərbaycan Tibb Universitetində tədbir keçirilib. Tədbiri giriş sözü ilə ATU-nun rektoru, professor Gəray Gəraybəyli açıb.

 

Bayramla əlaqədar təbriklərini çatdıran rektor xatırladıb ki, 1918-ci il iyunun 17-də Səhiyyə Nazirliyinin yaradılması haqda qərar qəbul olunub. Ulu öndər Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli sərəncamına əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur: “Hər il peşə bayramımızı müxtəlif formatlarda qeyd etməyə çalışmışıq. Amma keçən il həyatımızda, ümumiyyətlə tariximizdə qeyri-adi bir il oldu. Artıq ilyarıma yaxındır ki, davam edən COVID-19 pandemiyası istər ölkəmizdə, istərsə də dünyada həyatın hər bir sahəsinə ciddi təsir göstərib. O cümlədən də tədris prosesinə. Təsadüfi deyil ki, məhz həkimlər, tibb işçiləri bu ağır mübarizəyə ön cəbhədən qoşularaq, böyük fədakarlıq göstəriblər. Və bu gün deyə bilərik ki, ölkəmiz bu çətin dövrdən az itkilərlə çıxmağı bacarıb, vaksinasiya prosesi baxımından regionda ön yerdədir”.

 

Gəray Gəraybəyli Ermənistanın hərbi təcavüzü nəticəsində 30 il işğalda olan torpaqlarımızın azad edildiyi 44 günlük Vətən müharibəsinə xüsusi toxunub, ATU-nun çoxlu sayda əməkdaşının bu şərəfli tarixdə imzası olduğunu vurğulayıb.

 

Rektor bildirib ki, bu gün, həmçinin Səhiyyə Nazirliyinin kollegiyası keçirilib. O, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayevin ATU-nun kollektivinə təbrik və salamlarını çatdırıb: “Teymur Musayev ATU-nun ölkədə istər tibb tədrisi, istərsə də öz klinikaları ilə vətəndaşların sağlamlığının keşiyində dayanması ilə səhiyyəmizin ümumi inkişafında böyük rol oynadığını vurğuladı, yeni-yeni uğurlar dilədi.

 

Bildiyiniz kimi, universitetimizin 90 illik yubileyi ötən ilə təsadüf edti. Təəssüf hissi ilə qeyd edirəm ki, əvvəlcədən planlaşdırılan tədbirlərin məlum səbəblərdən yalnız kiçik bir hissəsini, özü də onlayn həyata keçirə bildik. Yubileyimiz münasibəti ilə ölkə rəhbərliyi tərəfindən 21 nəfər, Səhiyyə Nazirliyi tərəfindən isə 20 nəfər əməkdaşımız təltif olundu”.

 

Sonra rektor G.Gəraybəylinin əmri ilə universitetin ictimai-siyasi həyatında fəal iştirak edən, o cümlədən pandemiya ilə mübarizədə və Vətən mühaibəsində ön sıralarda olan bir qrup əməkdaşa Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Fəxri fərman və 300 manat məbləğində pul mükafatı təqdim olunub. Mükafatlandırılan əməkdaşlarımız bunlardır:
Həsənov Ədalət Bəybala oğlu - Patoloji anatomiya kafedrasının müdiri, professor;
Sultanova Məlahət Cahangir qızı - Şüa diaqnostikası və şüa terapiyası kafedrasının müdiri, professor;
Qasımov Eldar Köçəri oğlu - Sitologiya, embriologiya və histologiya kafedrasının müdiri, professor;
Novruzov Elşad Mirzəli oğlu - I müalicə-profilaktika fakültəsinin dekanı, Dermatovenerologiya kafedrasının dosenti;
Məhərrəmbəyli İsrayıl Şəmşad oğlu - II müalicə-profilaktika fakültəsinin dekanı, Anesteziologiya və reanimatologiya kafedrasının dosenti;
Ağayev Anar Əzəm oğlu - İctimai səhiyyə fakültəsinin dekanı, İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının professoru;
Əhmədov Səid İlham oğlu - Stomatologiya fakültəsinin dekanı, Ortopedik stomatologiya kafedrasının dosenti;
Yaqubov Kamandar Mehdi oğlu - Əczaçılıq fakültəsinin dekanı, Farmakologiya kafedrasının dosenti;
Əhmədov Qorxmaz Xamis oğlu - Xarici tələbələrlə iş üzrə dekanlığın dekanı, III cərrahi xəstəliklər kafedrasının dosenti;
Əliyev Mehman Həbib oğlu - Tibbi mikrobiologiya və immunologiya kafedrasının professoru;
Əliyev Sərdar Hicran oğlu - Patoloji fiziologiya kafedrasının ;dosenti
Süleymanova Leyla Məhərrəm qızı - Tibbi biologiya və genetika kafedrasının dosenti, tədris işləri üzrə müdir müavini;
Namazov Anar Elxan oğlu - I Cərrahi xəstəliklər kafedrasının baş laborantı, Tədris Cərrahiyyə Klinikasının Transplantologiya şöbəsinin müdiri;
Məmmədzadə Ceyhun Fədail oğlu - Rektorun köməkçisi, Psixiatriya kafedrasının assistenti;
Orucov Müşfiq Teyyub oğlu - Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Patoloji anatomiya kafedrasının dosenti;
Ələkbərova Nigar Rafiq qızı - Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini, İctimai fənlər kafedrasının baş müəllimi;
Əlizadə Elçin Telman oğlu - Təsərrüfat və təchizat şöbəsinin müdiri;
Əsədova Sevil Quluşovna - Elmi-tibbi məlumat, patent, innovasiya və qrantlar şöbəsinin koordinatoru - elm və tibb üzrə;
Şabanova Şəhla Zakir qızı - Tədris Terapevtik Klinikasının Hematologiya kabinetinin həkim-hemotoloqu;
Tağıyev Bayram Təyyar oğlu - Tədris Terapevtik Klinikasının Klinik diaqnostik laboratoriyasının həkim-laborantı;
Məhərrəmov Şaiq Bəşir oğlu - Tədris Terapevtik Klinikasının İnvaziv Radiologiya şöbəsinin tibb qardaşı;
Mahmudova Zəhra Rafiq qızı - Tədris və Təhsildə keyfiyyət təminatı şöbəsini metodisti;
Tahirova Ulduz Qədir qızı - Mərkəzləşdirilmiş mühasibatlığın aparıcı mühasibi;
Abdullayeva Xeyransa Aydın qızı - Kadrlar şöbəsinin müfəttişi;
Rəhimova Zülfiyyə Həsənağa qızı - Kadrlar şöbəsinin kompyuter üzrə operatoru.

 

Daha sonra ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov çıxış edərək bildirib ki, ATU-nun 90 illik yubileyi münasibətilə 2021-ci il aprelin 26-da Azərbaycan Respublikası Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin Qərarına əsasən, səhiyyə sistemində çoxillik səmərəli və qüsursuz əmək fəaliyyətinə görə 15 nəfər əməkdaş Fəxri fərmanla təltif olunub. Aşağıdakı əməkdaşlara Fəxri fərman və hədiyyələr təqdim edilib:

 

Hacıyev Seymur Rafiq oğlu - Həmkarlar İttifaqı Komitəsinin sədr müavini;
Allahverdiyev Mübariz Qasım oğlu - İnsan anatomiyası və tibbi terminologiya kafedrasının professoru, rektorun müşaviri;
Hüseynova Məfkurə Salam qızı - Azərbaycan dili kafedrasının dosenti, Həmkarlar İttifaqı Komitəsinin üzvü;
Atakişizadə Sədrəddin Abdulla oğlu - Yolxucu xəstəliklər kafedrasının dosenti;
Əsədova Şəfəq Şərif qızı - I mamalıq-ginekologiya kafedrasının dosenti, kafedra Həmkarlar Təşkilatının sədri;
Hacıyeva Səidə Vaqif qızı - Tibbi mikrobiologiya və immunologiya kafedrasının baş müəllimi, Həmkarlar İttifaqı Komitəsinin üzvü;
Məmmədova Sevda Nəsrəddin qızı - I uşaq xəstəlikləri kafedrasının assistenti;
Sadıqova Günel Balarza qızı - Kliniki farmakologiya kafedrasının assistenti;
Hüseynova Şərəf Rafiq qızı - Kliniki farmakologiya kafedrasının assistenti;
Əliyeva Nurlana Vilayət qızı - Travmatologiya və ortopediya kafedrasının assistenti, II müalicə-profilaktika fakültə həmkarlar təşkilatının sədri;
Salmanova Rəna Əliheydər qızı - Bioloji kimya kafedrasının baş müəllimi, tədris şöbəsində müdir müavini;
Məhərrəmov Cavanşir Oqtay oğlu - Tədris Terapevtik Klinikasının qəbul və təcili tibbiyardım şöbəsinin müdiri;
Məmmədov Əlizamin Böyükkişi oğlu - Tədris Cərrahiyyə Klinikasının təsərrüfat işləri üzrə direktor müavini;
Abduləlimov Rəfail Gülməmməd oğlu - Plan-iqtisad şöbəsinin müdiri;
Məmmədov Firdovsi Ələsgər oğlu - Mülki Müdafiə Qərargahının rəisi, İnzibati-təsərrüfat hissəsinin Həmkarlar İttifaqı Təşkilatının büro sədri.