Azərbaycan Tibb Universitetinin (ATU) İctimai səhiyyə fakültəsinin təşkilatçılığı ilə səhiyyə təşkili üzrə təlim keçirilib. Təlimdə səhiyyə sahəsində iqtisadi və tibbi səmərəliləşdirici strategiyaların tərtib və tədbiq edilməsi, o cümlədən digər mövzularda müzakirələr aparılıb. Təlim, ATU-nun Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasında baş tutub.
ATU-nun İctimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev çıxış edərək, gələcəyin həkimləri üçün bu mövzuda praktiki bacarıqlarının olmasının böyük əhəmiyyət kəsb etdiyini, bu baxımdan belə treninqlərin vacib olduğunu qeyd edib.
Daha sonra ATU-nun Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının dissertantı, Qasım Əmrahlı mövzu ilə bağlı bir çox məsələlərdən danışıb.