Fəal tələbələrə sertifikatlar verilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) intellektual oyunlar klubunun fəalları və sosial ictimai işlər üzrə aktiv olan tələbələrlə görüş təşkil edib.

Görüşdə çıxış edən ATU THİK-in sədri Elvin Kərimli intellektual oyunlar klubun fəaliyyətinin komitə tərəfindən daim dəstəkləndiyini qeyd edib. O, klubun qarşısında duran vəzifələr, yeni layihələr və ideyalar haqqında iştirakçılara məlumat verib. THİK sədri tələbələrə bundan sonra da fəal olmağı, peşəkar kadr kimi daha yüksək nailiyyətlər əldə etməyi arzulayıb.

Görüşdə Nəsimi Rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev də tələbələri təbrik edib. O, idarənin ən aktiv üzvlərinin məhz Azərbaycan Tibb Universiteti tələbələri olduğunu fəxrlə qeyd edib.

Görüşün sonunda THİK-in tədbirlərində fəallıq nümayiş etdirən tələbələr sertifikatla təltif olunublar. ATU THİK növbəti tədris ili üçün də tələbələri təşkilatın nəzdindəki klub və departamentlərə qoşulmağa, boş vaxtlarını səmərəli keçirməyə dəvət edir.