Bu il ATU-da magistratura pilləsini 13 nəfər bitirir
5-6 iyul tarixlərində Azərbaycan Tibb Universitetinin Əczaçılıq (060801) ixtisasının Əczaçılıq kimyası (224133), Toksikoloji kimya (224164), Farmakoqnoziya (224148), Əczaçılıq texnologiyası (224156), Əczaçılığın təşkili (224172) ixtisaslaşmaları üzrə 2-ci kurs magistrantlarının onlayn formatda dissertasiya işinin müdafiəsi keçirilib.
Ümumilikdə 2021-ci ildə ATU-da magistratura təhsil pilləsini 13 magistr bitirir: Əczaçılıq kimyası - 3 nəfər, Toksikoloji kimya - 3 nəfər, Farmakoqnoziya - 3 nəfər, Əczaçılıq texnologiyası - 3 nəfər, Əczaçılığın təşkili - 1 nəfər.
Onu da qeyd etmək lazımdır ki, ATU-da ilk dəfə olaraq xarici vətəndaş - Kamerun vətəndaşı Myriam Mopia ingilis dilində müdafiə edərək Farmakoqnoziya ixtisası üzrə magistr dərəcəsinə layiq görülüb.
Bu il magistr dərəcəsini alan bütün magistrantlarımızı səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik!