Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Tibbi Şuranın yekun iclası keçirilib. Toplantıda klinikanın iyun ayı üçün fəaliyyəti qiymətləndirilib və qarşıdakı dövr üçün vəzifələri müzakirə olunub.
Klinika direktorunun müalicə işləri üzrə müavini Fəridə Hacıyeva iyun ayı ərzində ambulator və stasionar xəstə qəbulu, müəssisənin tibbi fəaliyyəti barədə ümumi məlumat verib.
Daha sonra çıxış edən klinikanın direktoru, professor Surxay Musayev iyunun 12-dən etibarən kafedralarda məzuniyyətin başlayacağını, bununla yanaşı, klinikanın fəaliyyətini davam etdirəcəyini vurğulaıb. Həmçinin yay mövsümü ilə əlaqədar olaraq klinikada bəzi təmir işlərinə görə təsərrüfat işçilərinin işinin də çox olacağı qeyd olunub. Klinikanın işinin təşkili, qarşıda duran məsələlər haqqında danışan professor Surxay Musayev məzuniyyətə gedən professorlara və digər tibb işçilərinə xoş istirahətlər arzulayıb.
Toplantıya bir sıra cari məsələlərin müzakirəsi ilə yekun vurulub.