İyulun 8-də Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə “Exokardioqrafiyada qapaq xəstəliklərinə perkutan yanaşma” mövzusunda onlayn vebinar keçirib. Tədbirin məruzəçiləri ATU-nun əməkdaşları və İtaliyanın Milan şəhərinin Vita-Salute Universitetinin kardiologiya üzrə professoru Agricola Eustachio olublar.
Vebinarda 3D exokardioqrafiya, süni intellekt, gərginlik görüntüləmə, müdaxilə exoradiografiyanın əsas prinsipləri, qabaqcıl exokardiografiya texnikasının klinik tədbirləri (valvulopatiyalar, ürək işemik xəstəlikləri, ürək çatışmazlığı, kardiomiopatiyalar) və qapaq xəstəliklərinə perkutan yanaşma kimi mövzular əhatə olunub. Tədbirdə 100-dən çox həkim iştirak edib.