Ümumdünya Səhiyyə Təşkilatının “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” adı altında keçirdiyi müsabiqə yekunlaşıb.
7 tibb fakültəsi və 11 tibb kollecindən 1418 tələbənin iştirak etdiyi müsabiqəyə yekun vurulub və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin tələbələrindən I Müalicə profilaktika fakültəsinin tələbəsi Cavid Mustafazadə ölkə üzrə 1-ci yer,
İctimai səhiyyə fakültəsinin tələbələri Aytən Əlihüseynli, Gülay Vəlizadə, Məltəm Sahratlı, II Müalicə profilaktika fakültəsindən Ədalət Gəncəli, Hərbi tibb fakültəsindən Qüdrət Məmmədov müvafiq olaraq fakültələr üzrə 1-ci yerə layiq görülüblər.
Sonda tələbələrə müvafiq olaraq diplom, hədiyyə və sertifikatlar təqdim olunub.
Müsabiqə, eyni zamanda tələbələrə ÜST texnikalarından istifadə edərək infeksiyaların profilaktikasına dair biliklərini gücləndirməkdə yardımçı olub.