Hər il oktyabr ayının ilk bazar ertəsi bütün dünyada Beynəlxalq Həkimlər Günü kimi qeyd edilir. Bu dəfə həmin gün oktyabrın 4-nə təsadüf edir.
Bu gün dünya həkimlərinin həmrəylik və aktiv fəaliyyətlər günü hesab edilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Sərhədsiz həkimlər Beynəlxalq tibbi-humanitar Təşkilatı bu bayramın təşəbbüskarları kimi çıxış ediblər. Bu peşə bayramında müxtəlif seminarların, sərgilərin və təqdimatların keçirilməsi qəbul olunub. Həkimlik işi çətin və məsuliyyətli olub, hələ qədimdən çox dəyərləndirilən və hörmətlə yanaşılan və hər zaman ehtiyac duyulan peşələrdəndir. Hər insan həyatında heç olmasa bir dəfə həkimə müraciət edir, çünki gündəlik həyatı həkimlərsiz təsəvvür etmək çətindir. Hazırda təbabət bir elm kimi inkişaf etməklə çox irəliləyib.
Başda Azərbaycan Tibb Universitetinin həkim kollektivi olmaqla, bütün həkimlərimizi təbrik edirik!
Azərbaycan həkimləri peşə bacarıqlarına görə bu gün dünya həkimlərilə demək olar ki, bir səviyyədə durur. Bu günün başlıca mahiyyəti eyni əlifba - latın qrafikası ilə işləyən dünya həkimlərinin həmrəyliyidir.