Bu gün Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli İngiltərənin London College Universitetinin tibb bölməsinin nümayəndəsi, professor Michael Paul Loosemore ilə görüşüb.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) nümayəndə heyəti ilə birlikdə ATU-da qonaq olan professor M.P.Loosemore Böyük Britaniyada tibb təhsili sahəsində tətbiq olunan yeniliklər, mövcud layihələr haqqında məlumat verib.
ADBTİA-nın Tədris və Elmi işlər üzrə prorektoru Təhminə Tağızadə təmsil etdiyi universitetdə tətbiq olunan yeni proqram haqqında danışıb. İki illik proqramın rezidentlər üçün nəzərdə tutulduğunu bildirən qonaq ATU məzunlarının da bu imkandan yararlana biləcəyini deyib.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli bu proqramın tətbiqi ilə bağlı fikirlərini bölüşüb. Görüşdə, həmçinin layihə çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. Proqramın yaratdığı imkanlar barədə tələbələr üçün təqdimat keçirilməsinə dair ilkin razılıq əldə edilib.
Qeyd edək kii, görüşdə ADBTİA-nın İxtisasartırma proqramının direktoru Təranə Əhmədova, ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov iştirak edirdilər.