Kəlbəcərdən ATU-ya əsgər məktubu

Salam, hörmətli «Təbib» qəzeti!
Kəlbəcər dağlarının uca zirvələrinin birində hərbi postda qərar tutan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin bölüyündə xidmət edən əsgər və zabitlər universitetinizin əməkdaşı Abbasova Könül Şirəli qızına bizə toxuyub yolladığı yun corab dəstlərinə görə səmimi təşəkkürlərini bildirirlər. Təmənnasız olaraq yolladığınız bu hədiyyə lap vaxtında bizə çatıb. Bizi düşündüyünüzə görə sizə və çalışdığınız kollektivin bütün əməkdaşlarına qəzetiniz vasitəsi ilə minnətdarlığımızı bildirməyinizi xahiş edirik.