ATU Tələbə Həmkarlar İttifaqı Komitəsinin Debat Klubu tərəfindən 18 Oktyabr Müstəqilliyin Bərpası Gününə həsr olunmuş XXI daxili turnir keçirilib.
16-17 oktyabr tarixində keçirilmiş turnirin açılış mərasimində çıxış edən Tələbə Həmkarlar İttifaqının sədri Elvin Kərimli tələbələrə 18 oktyabr tarixi haqqında məlumat verib və iştirakçılara uğurlar arzulayıb.
Daha sonra THİK Debat Klubunun sədri Məhəmməd Məmmədov da Müstəqilliyin Bərpası Günü və bu münasibətlə keçirilən yarışma barədə çıxış edib.
Böyük maraqla qarşılanan, 14 komandanın iştirakı ilə keçirilən turnirdə final oyununa “Yada Sal Məni” və “Devils” komandaları vəsiqə qazanıb və nəticədə “Yada Sal Məni” komandası XXI daxili turnirin qalibi olub.
Ümumilikdə 42 nəfərin iştirak etdiyi turnirdə 11 natiq fərqlənərək “Ən yaxşı natiqlər” adına layiq görülüb:
I yer: Süsən Məmmədli
II yer: Selcan İsmayılova
III yer: Aytac Yüzbəyova
IV yer: Lala Rövşənova, Fidan Seyfullayeva
V yer: Nuray Babakişiyeva
VI yer: Rüqəyya Səfərova
VII yer: Elçin Məmmədov
VIII yer: Xalid Abbaszadə
IX yer: Sənan Budayev
X yer: Vüsalə Ağayeva
ATU Tələbə Həmkarlar İttifaqı Komitəsi universitetimizin tələbələrini sosial-ictimai tədbirlərdə aktiv olmağa dəvət edir.