Oktyabrın 15-də Azərbaycan Tibb Universitetində mülki müdafiə (MM) qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilib. Məşqin keçirilməsində məqsəd MM qüvvələrinin şəxsi heyətinə xəbərdarlıq, toplanış üzrə vərdişlərin aşılanması və xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılması olub.
Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra ATU-nun Mülki Müdafiə Qərargahının rəisi Firdovsi Məmmədov məşqin təşkili və keçirilməsi haqqında iştirakçılara məlumat verib. Məşq zamanı MM qüvvələrinin şəxsi heyətinin xəbərdarlıq sxemi dəqiqləşdirilib, rabitə vasitələrinin vəziyyətinə baxış keçirilib. Eyni zamanda MM qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi, tabel əmlakı ilə təchizatı və qoyulmuş tapşırıq üzrə nəzəri bilikləri yoxlanılıb. Məşq zamanı yanğın hadisəsi imitasiya edilib və MM qüvvələrinə yanğınsöndürmə cihazından istifadə qaydası göstərilib.
Məşq başa çatdıqdan sonra nəticələri təhlil olunaraq qənaətbəxş hesab olunub.