“Kolorektal cərrahiyyədə yeniliklər” mövzusunda beynəlxalq konfrans keçirilib

Oktyabrın 19-da Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında gənc alimlərin, rezidentlərin və tibb tələbələrinin iştirakı ilə “Kolorektal cərrahiyyədə yeniliklər” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbiri ATU-nun Ümumi cərrahiyyə kafedrasının müdiri, professor Elçin Ağayev açaraq konfransın proqramı və əhəmiyyəti barədə məlumat verib. O, Belçikanın Abdominal Cərrahi Departamentinin Leuven Universitet Xəstəxanasının əməkdaşları - professor Albert Volthuis və doktor Halit Topalın konfransa məruzəçi kimi qatılmasından məmnunluğunu bildirib.

Sonra məruzələrin təqdimatına başlanılıb.

Dəvət üçün Azərbaycan Tibb Universitetinin rəhbərliyinə təşəkkürünü bildirən professor Albert Volthuis məruzəsindən öncə Müstəqilliyimizin Bərpası Günü və Qarabağ zəfəri münasibətilə konfrans iştirakçilarini təbrik edib. Gələcəkdə Azərbaycanla Belçika arasında əlaqələrin daha da genişlənəcəyinə, yeni layihələrin həyata keçiriləcəyinə ümid etdiyini deyib.

Sonra məruzəsinə başlayan professor kolorektal cərrahiyyə haqqında müfəssəl məlumatlar verib və elmin son nailiyyətlərindən istifadə etməklə düz bağırsağın aşağı bədxassəli şişlərində ən son metodlarla düz bağırsağın eksterpatiyası barədə danışıb. Eyni zamanda özünün tətbiq etdiyi yeni metod haqqında məlumatı diqqətə çatdırıb.

Doktor Halit Topal isə məruzəsində öd yollarında aparılan mürəkkəb əməliyyatlardan bəhs edib. Öd kisəsi xaric edildikdən sonra ümumi öd axarında olan daşların laparoskopik olaraq elmin son kəşfi olan alətlərdən istifadə etməklə çıxarılmasını videogörüntü ilə nümayiş etdirib.

ATU-nun Tələbə Elmi Cəmiyyətinin sədri, dosent Müşfiq Həsənov və Milli Onkologiya Mərkəzinin Abdominal onkologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Niyazi Əsgərov da çıxış edərək məruzələrlə bağlı fikirlərini bölüşüb, maraqlı təqdimata görə belçikalı alimlərə təşəkkürlərini bildiriblər.

Maraqla dinlənilən məruzələrdən sonra müzakirələr aparılıb.

Tədbirin sonunda ATU-nun rektoru, professor Gəray Gəraybəylinin adından qonaqlara xüsusi hədiyyə təqdim olunub.

и ещё 9

0

Охват (люди)

0

Взаимодействия

Продвигать публикацию

Нравится

Комментировать

Поделиться