İsrail Dövlət Soroka Universitetinin şöbə rəhbəri, Professor Dr. Mickey Gideon Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının qonağı olub.
Görüş zamanı Klinikanın direktoru, professor Surxay Hadıyev rəhbərlik etdiyi tibb müəssisəsi haqqında, həmçinin ATU-nun tarixi, müasir dövrdəki fəaliyyəti və əldə olunan nailiyyətlər haqqında geniş məlumat verib. Həmçinin, Azərbaycan üçün taleyüklü olan 2020-ci ilin nəticələrini bölüşüb: “Ötən il Azərbaycan işğal altında olan torpaqlarını azad etmək uğrunda savaşdı və qələbə qazandı. ATU-nun məzunları və həkimləri həm bu savada, həm də digər düşmən – koronavirusla mübarizədə nümunə ola bildilər. Ölkədə COVİD-lə mübarizəyə qatılan ilk klinikalardan biri olduq”.
Professor S.Hadıyev 16 əməliyyat bloku, 14 şöbədən ibarət olan Tədris Cərrahiyyə Klinikasında bütün növ əməliyyatlar icra edildiyini, müəssisənin son model texnoloji avadanlıqlarla təchiz olunduğunu, bunun da tələbələrin klinik məşğələlərini yüksək səviyyədə keçməsinə imkan verdiyini bildirib.
İsrail Dövlət Soroka Universitetinin Pediatrik Neyrocərrahiyyə şöbəsinin rəhbəri Prof.Dr.Mickey Gideon ATU) Tədris Cərrahiyyə Klinikasında yaradılan şəraitlə şəxsən tanış olub.
Qeyd edək ki, xarici mütəxəssis Heydər Əliyev Fondunun dəvəti ilə Bakıda səfərdədir. Səfər çərçivəsində professor M.Gideon Azərbaycan Tibb Universitetinin müəllim, rezident və tələbələri qarşısında “Neyrocərrahiyyədə müasir texnologiyalar” mövzusunda mühazirə ilə çıxış edib.