ATU-nun “Qonaq Professor”larının dövri vebinarları keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) “Qonaq Professor”ları Nadeem Fazal və Nevzat Doğanın dövri vebinarları keçirilib.
Almaniyanın Eurogio Klinikasının tərkibində olan Ümumi və Visseral Cərrahiyyə Klinikasının baş həkimi professor Nevzat Doğan 2019-cu ildə, ABŞ-ın Çikaqo Universitetinin professoru Nadeem Fazal isə 2020-ci ildə ATU-nun “Qonaq professor”u seçilib.

Professor Nadeem Fazal “Covid-19 and the responsibility of a physician” mövzusunda təqdimat edib.

Qeyd edək ki, Nevzat Doğanın “Mədə xərçəngi. Mən necə edirəm?” mövzusunda olan təqdimatı ATU-nun I cərrahi xəstəliklər kafedrasının təşkil etdiyi “Mən necə edirəm” adlı silsilə seminarlar çərçivəsində keçirilib və kafedrada bu kimi vebinarların gələcəkdə davamlı olaraq keçirilməsi planlaşdırılır.

Vebinarda ATU-nun professor-müəllim heyəti, həkimlər, rezidentlər və tələbələr iştirak ediblər. Maraqlı keçən vebinarın sonunda mövzu ətrafında müzakirələr aparılıb. Həmçinin, qeyd olunan istiqamətlər üzrə birgə elmi tədqiqatların aparılması prespektivləri iştirakçıların diqqətinə çatdırılıb.