ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Zəfər günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Tibb Universitetinin (ATU)  və rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə tədbir keçirilib. ATU-nun İnsan Anatomiyası və tibbi terminologiya kafedrasında keçirilən toplantıda təşkilatçılarla yanaşı, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan rayon Ağsaqqallar Şurasının sədri, ATU-nun İnsan Anatomiyası və tibbi terminologiya kafedrasının professoru Vaqif Şadlinski hər birimiz üçün qürur mənbəyi olan bu bayram - Zəfər gününə aparan yol barədə fikirlərini açıqlayıb. Məhz qəhrəman şəhid oğullarımız, məğrur qazilərimizin hesabına bu gün başımızı dik tuta bildiyimizi qeyd edib. Professor V.Şadlinski bildirib ki, ümummilli liderin varisi, Prezident, Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasətin və qəhrəman Azərbaycan ordusunun, xalqın həmrəyliyinin nəticəsində şanlı qələbəyə nail ola bilmişik. Bütün dünya artıq Azərbaycanı qalib dövlət kimi tanımaqdadır.  Qələbə naminə şəhid olan gənclərimizin xatirəsinin heç zaman unudulmayacağını deyən professor V.Şadlinski onların gələcək nəslə tanıdılmasının vacibliyini də vurğulayıb və . çıxışının sonunda tədbir iştirakçılarını bu möhtəşəm bayram münasibəti ilə təbrik edərək xoş arzularını çatdırıb.

 

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli çıxışında 44 günlük savaş nəticəsində ərazi bütövlüyümüzü bərpa edən Azərbaycan Ordusunun tarixi nailiyyətlərə imza atdığını bildirib: “Vətən müharibəsi prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi, müzəffər ordumuzun qəhrəmanlığı nəticəsində zəfərlə başa çatdı. Bu tarixi qələbə əbədiyaşar şəhidlərimizin qanı, mərd qazilərimiz hesabına qazanıldı. Azərbaycan müstəqillik tarixinə qızıl hərflərlə yazıldı. böyük qürur hissi ilə qeyd etmək istərdim ki, 44 günlük böyük Vətən müharibəsində şanlı tarix yazan şəhidlərimizdən 2-nin valideyni bizim universitetimizin əməkdaşıdır”. Professor G.Gəraybəyli Vətən müharibəsində həm ön, həm də arxa cəbhədə yaralı əsgərlərə xidmət göstərən tibb işçiləri, həkimlər, tibb bacıları barədə də məlumat verib. Qeyd edib ki, şəhidlərimizin arasında 42 nəfər tibb  işçisi var, onlardan 18-i ATU-nun Hərbi tibb fakültəsinin məzunlarıdır. Çıxışının sonunda ATU rektoru şəhidlərin valideynləri, ailə üzvləri qarşısında baş əydiyimizi deyib.

 

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər  Ali Baş Komandanı cənab İlham Əliyevin  rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Nəsimi rayon gənclərinin göstərdiyi qəhrəmanlıq  və şücaətlərdən danışaraq, qeyd edib ki,  bu gün Müstəqil ölkəmiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazıb.

 

Tədbirdə iştirak edən şəhid ailələrinin üzvləri və qazilər dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.