Nəsimi rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla, rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, Vətən Müharibəsi şəhidlərinin ailə üzvlərinin, Vətən Müharibəsi əlillərinin, veteranlarının, rayonun ərazisində fəaliyyət göstərən idarə, təşkilatların rəhbərlərinin və rayon ictimaiyyəti nümayəndələrinin o cümlədən Azərbaycan Tibb Universitetin Tədris Cərrahiyə Klinikasindan Dr Namiq Xəlilovun iştirakı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilmiş sənədli filmin təqdimatı olub.
İlk olaraq Vətən Müharibəsində həlak olan Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Sonra Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə lentə alınmış sənədli film nümayiş olunub, sonra istedadlı gənc müğənnilər Mirələm Mirələmovun və Elnur Məmmədovun ifasında vətənpərvərlik mövzusunda mahnılar ifa olunub və Azərbaycanın əməkdar artisti Azad Şükürovun səsləndirdiyi şerlər dinlənilib.
Filmin nümayişindən sonra rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Nəsimi rayon gənclərinin göstərdiyi qəhrəmanlıq və şücaətlərdən danışaraq, qeyd edib ki, bu gün Müstəqil ölkəmiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazıb.