Azərbaycan Tibb Universitetində (ATU) Türkiyənin tibb müəssisələri, Ege Universitetinin və Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri ilə görüş keçirilib. ATU rektoru, professor Gəray Gəraybəyli universitetin beynəlxalq əlaqələri arasında Türkiyə ali məktəbləri ilə işbirliyinin xüsusi yer tutduğunu bildirib.
Rektor, professor G.Gəraybəyli son aylar ərzində Türkiyənin müxtəlif səhiyyə müəssisələri, aparıcı xəstəxanalar və tibb universitetlərinin nümayəndələri ilə faydalı əməkdaşlığın mövcud olduğunu bildirərək qarşıdakı planlardan söz açıb.
ÜST-nin eksperti, Ege Universitetinin təmsilçisi Dr. Halil Ibrahim Durak müxtəlif sahələr üzrə əməkdaşlıq məsələlərindən danışıb. Təcili tibbi yardımın göstərilməsi ilə bağlı tədris prosesinin təkmilləşdirilməsi, ATU-da rezidentura səviyyəsində yeni ixtisasın açılması və digər məsələlərlə bağlı təkliflərini səsləndirib.
Görüşdə Türkiyə nümayəndə heyətinin üzvləri Dr. Hasan Odabasoğlu, Dr. Mücahit Bilici, Dr. Funda Karabek Akarca, Dr. Okan Ok, Dr. Hüseyin Can Hekimoğlu, ÜST-nin Azərbaycan nümayəndəliyinin Fidan Talışinskaya, həmçinin ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Tədris və Təhsildə keyfiyyət təminatı şöbəsinin müdiri, dosent Samir Cavadov, Mətbuat xidmətinin rəhbəri Günel Aslanova iştirak ediblər.