Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında rezidenturaya daxil olmuş I kurs rezidentlər ilə görüş keçirilib.
ATU-nun Tədris Terapevtik Klinikasının direktoru, əməkdar elm xadimi, professor Surxay Musayev rezidentləri Azərbaycan Tibb Universitetinin rəhbərliyi və klinika rəhbərliyi adından təbrik edərək işlərində uğurlar arzulayıb.
Həmçinin, rezidentura şöbəsinin dekanı, professor Məlahət Sultanova da rezidentləri təbrik edib və onlara bir sıra mühüm məlumatları verib.
Sonda klinikanın direktoru professor Surxay Musayev, professor Məlahət Sultanova tərəfindən rezidentləri və kuratorları maraqlandıran çoxsaylı suallar dinlənilib və cavablandırılaraq toplantıya yekun vurulub.