Azərbaycan Tibb Universitetinin Tədris Stomatologiya Klinikasında rezidentlərlə görüş baş tutub. Klinikanın direktoru, dosent Mahir Səfərov ilk öncə I kursa daxil olmuş rezidentləri təbrik edib, təhsil dövründə onlara nailiyyətlər arzulayıb. M.Səfərov çıxışında rezidentlərin təhsili üçün yaradılan şərait, təhsil prosesi ilə bağlı mövcud problemlər və onların həlli istiqamətində görüləcək işlər barədə danışıb.
Sonra ATU-nun Rezidentura və magistratura şöbəsinin müdiri, professor Məlahət Sultanova çıxış edərək rezidentura təhsili səviyyəsinin yüksəldilməsi üçün atılması vacib olan addımlarda bəhs edib. O, həmçinin rezidentlərin daha çox qaldırdığı problemlərin həlli yolları ilə bağlı təklifləri səsləndirib.
Görüşün sonunda rezidentlərin sualları cavablandırılıb, bəzi məsələlərin həlli ilə bağlı tapşırıqlar verilib. Bu görüşlərin həm canlı, gəm də onlayn formatda mütəmadi olaraq keçirilməsinə dair qərar verilib.