Türkiyə Prezidentinin himayəsində təşkil və təqdim olunan TÜBA – Beynəlxalq Akademiya Mükafatı (TÜBA-GEBİP – Görkəmli Gənc Alim və TÜBA-TESEP – Elmi Müəllif Hüququ İşi) növbəti sahiblərini tapıb. Mükafatlar 28 dekabr 2021-ci il tarixində Türkiyə prezidentinin iqamətgahında keçiriləcək TÜBA-TÜBİTAK Elm Mükafatları Mərasimində prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim olunacaq.
TÜBA prezidenti prof. dr. Muzaffer Şeker bununla bağlı bildirib ki, sözügedən mükafatlar elm adamlarını həvəsləndirmək üçün akademiya tərəfindən ənənəvi olaraq təqdim edilir. Onun sözlərinə görə, qiymətləndirmə elmi mühakimə proseslərindən tutmuş, elmi etika prinsipləri və fəaliyyət meyarlarına qədər bir çox mərhələləri əhatə edən araşdırma nəticəsində yekunlaşıb. M.Şeker, həmçinin “Əczaçılıq sahəsində elmi tədqiqat, layihə və araşdırmalar“ı ilə fərqlənən gənc alimlərə verilən “Ahmet və Nezahat Keleşoğlu TÜBA-GEBİP Əczaçılıq Xüsusi Mükafatı”nın da Akademiya Şurasının qərarı ilə mükafat siyahısına daxil edildiyini bildirib.
Elmlə məşğul olmağın bir həyat tərzi olduğunu, Türkiyədə və ya dünyanın istənilən yerində aparılan elmi işlərin insanlığın ortaq dəyəri anlamını daşıdığını qeyd edən professor M.Şeker təbrik mesajında deyib: “Dünyamızın və bəşəriyyətin gələcəyi üçün vaxtını və səylərini sərf edən, hətta sağlamlığı bahasına olsa da elm yolunda fədakarlıq göstərən hər bir elm adamının zəhmətinin hər bir anını mükafata layiq görür, onlara təşəkkürümü bildirir və bütün mükafat sahiblərini təbrik edirəm”.
TÜBA Beynəlxalq Akademiya Mükafatları Akademiyanın medalından və təxminən 30.000 ABŞ dollarından ibarətdir. Mükafat tədqiqatlarında “orijinallığı, qabaqcıllığı və novatorluğu” ilə seçilən elm adamlarına təqdim olunur.
Akademik Şura tərəfindən yerli və xarici hakim rəyləri ilə Sağlamlıq və Həyat Elmləri kateqoriyasında mükafata layiq görülən elm adamları sırasında Azərbaycan Tibb Universitetinin "Qonaq professoru" Məsud Aşina (Kopenhagen Universiteti) da var.
Prof. dr. M.Aşina miqren baş ağrısını təşviq edən siqnal mexanizmlərini aşkar edən, xəstələr üzərində aparılan tədqiqatlarla yeni molekulları təsvir edən, miqreni başladan neyrovaskulyar mexanizmləri aydınlaşdıran və PACAP-38 neyropeptidinin klinik əhəmiyyətini və terapevtik potensialını vurğulayan tədqiqatlarına görə mükafatlandırılıb.
M.Aşina yüksək dəyərə görə təşkilatçılara minnətdarlığını bildirib: "Bu mükafat uzun illərin əməyinə, elmi fəaliyyətimizə verilmiş yüksək qiymətdir. Ən böyük arzum elmi çalışmalarımız nəticəsində miqren xəstələrinin həyatını yüngülləşdirəcək, onları sağlamlıqlarına qovuşduracaq çarənin tezliklə tapılmasıdır”.
Məlumat üçün bildirək ki, prof. dr. Məsud Aşina 1965-ci ildə Azərbaycanda anadan olub. 1988-ci ildə ATU-nu bitirib. 2003-cü ildə Kopenhagen Universitetində nevroloq ixtisasına yiyələnib və doktorluq dissertasiyasını müdafiə edib. Baş ağrısı sahəsinin ən tanınmış mütəxəssislərindən biri olan Jes Olesenin rəhbərliyi altında təhsilini tamamlayaraq universitetdə qalıb və akademik həyatını uğurla davam etdirib. Danimarka Baş Ağrısı Dərnəyinin prezidenti, Avropa Baş Ağrısı Federasiyasının baş katibi və 2019-2021-ci illərdə Beynəlxalq Baş Ağrısı Assosiasiyasının prezidenti olub. Hal-hazırda İnsan Miqren Araşdırmaları Mərkəzinin direktoru vəzifəsində çalışır.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycan Tibb Universiteti ilə əməkdaşlığı çərçivəsində dünyanın nüfuzlu və və yüksək impakt faktorlu elmi jurnallarında dr. Məsud Aşinanın məqalələri dərc olunub. Həmin jurnalların siyahısını təqdim edirik:
1: Ashina M, Katsarava Z, Do TP, Buse DC, Pozo-Rosich P, Özge A, Krymchantowski
AV, Lebedeva ER, Ravishankar K, Yu S, Sacco S, Ashina S, Younis S, Steiner TJ,
Lipton RB. Migraine: epidemiology and systems of care. Lancet. 2021 Apr
17;397(10283):1485-1495. IMPACT FACTOR 79.321
2: Ashina M, Buse DC, Ashina H, Pozo-Rosich P, Peres MFP, Lee MJ, Terwindt GM,
Halker Singh R, Tassorelli C, Do TP, Mitsikostas DD, Dodick DW. Migraine:
integrated approaches to clinical management and emerging treatments. Lancet.
2021 Apr 17;397(10283):1505-1518. IMPACT FACTOR 79.321
3: Ashina M, Terwindt GM, Al-Karagholi MA, de Boer I, Lee MJ, Hay DL, Schulte
LH, Hadjikhani N, Sinclair AJ, Ashina H, Schwedt TJ, Goadsby PJ. Migraine:
disease characterisation, biomarkers, and precision medicine. Lancet. 2021 Apr
17;397(10283):1496-1504. IMPACT FACTOR 79.321
4: Eigenbrodt AK, Ashina H, Khan S, Diener HC, Mitsikostas DD, Sinclair AJ,
Pozo-Rosich P, Martelletti P, Ducros A, Lantéri-Minet M, Braschinsky M, Del Rio
MS, Daniel O, Özge A, Mammadbayli A, Arons M, Skorobogatykh K, Romanenko V,
Terwindt GM, Paemeleire K, Sacco S, Reuter U, Lampl C, Schytz HW, Katsarava Z,
Steiner TJ, Ashina M. Diagnosis and management of migraine in ten steps. Nat Rev
Neurol. 2021 Aug;17(8):501-514. IMPACT FACTOR 42.937
5: Ashina H, Eigenbrodt AK, Seifert T, Sinclair AJ, Scher AI, Schytz HW, Lee MJ,
De Icco R, Finkel AG, Ashina M. Post-traumatic headache attributed to traumatic
brain injury: classification, clinical characteristics, and treatment. Lancet
Neurol. 2021 Jun; 20(6):460-469. IMPACT FACTOR 44.182