Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında rezidentlərlə görüş keçirilib. Klinikanın direktoru, professor Surxay Hadıyev tədbiri açaraq, I kurs rezidentlərə təbriklərini çatdırıb və onların fəaliyyəti, klinikada təhsil üçün mövcud olan vəziyyət haqqında ətraflı çıxış edib.
Sonra ATU-nun Rezidentura və magistratura şöbəsinin müdiri Məlahət Sultanova rezidentura təhsili səviyyəsinin yüksəldilməsi, həmçinin daha çox vurğulanan problemlərin həlli yolları istiqamətində danışıb. O, rezidentlərin kliniki istiqamətlə yanaşı, elmi yönümdən də yetişdirilməsi, müvafiq seminarların və mühazirələrin aparılmasının vacibliyi, rotasiyaların tənzimlənməsi və digər aspektlərə toxunub.
Klinikanın elmi işlər üzlər direktor müavini, professor Davud Pənahov, Cərrahi xətəliklər kafedrasının assistenti Elman Əzimov, rezidentlər üzrə klinikada məsul şəxs Namiq Xəlilov rezidentura təhsil səviyyəsinin keyfiyyətinin artırılması istiqamətində təkliflərlə çıxış ediblər. Görüşün sonunda rezidentlərin sualları cavablandırılıb.