Xarkov Milli Tibb Universitetinin təşəkkür sertifikatları universitetimizin əməkdaşlarına təqdim edilib

 

Azərbaycan Tibb Universitetinin beynəlxalq əlaqələri günü-gündən genişlənir. Dünyanın inkişaf etmiş universitetləri ilə tələbə və mütəxəssis mübadiləsi də bu əlaqənin tərkib hissəsidir. Bu yaxınlarda Ukraynanın Xarkov Milli Tibb Universitetinin Azərbaycan Tibb Universiteti ilə imzaladığı memorandum çərçivəsində professor-müəllim heyətinin mübadiləsi həyata keçirilib.

Universitetimizin 4 əməkdaşı Xarkov Milli Tibb Universitetinin tələbələrinə onlayn dərslər keçib. Bu mühazirələr Xarkov Milli Tibb Universitetinin rəhbərliyi, professor-müəllim heyəti və auditoriyada olan tələbələr tərəfindən yüksək qiymətləndirilib. Bununla bağlı universitetimizin əməkdaşlarına təşəkkür sertifikatları göndərilib.

Universitetimizin rektoru, professor Gəray Gəraybəyli həmin sertifikatları Böyük Elmi Şuranın yığıncağında professor Aytən Məmmədbəyli, doktor Azadə Ələkbərova, Anatomiya və tibbi terminologiya  kafedrasının müdiri vəzifəsini icra edən, dosent Anar Abdullayev və Patoloji fiziologiya kafedrasının əməkdaşı Məlahət Talışinskayaya təqdim edib.