Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında ATU-nun Qulaq, burun, boğaz və Neyrocərrahiyyə kafedralarının təşkilatçılığı ilə birgə seminar keçirilib. Seminarı giriş sözü ilə klinikanın rezidentlər üzrə məsul şəxsi, assistent Namiq Xəlilov açıb.
O, seminarın keçirilmə məqsədi barədə məlumat verib. Bildirib ki, ənənəvi keçirilən bu tip seminarlarda rezidentlərin hazırladıqları məruzələr dinləniləcək. Sonra Qulaq, burun, boğaz kafedrasının müdiri, professor Vəfa Pənahian çıxış edib. Onun sözlərinə görə, seminarların keçirilməsi pandemiya ilə əlaqədər dayandırılmışdı: “İki ildən sonra universitetimizin rektoru, professor Gəray Gəraybəylinin təşəbbüsü ilə yenidən bərpa olunub. Seminarların mütəmadi olaraq bütün kafedralarda hər həftə keçirilməsi nəzərdə tutulub”. Mövzuların maraqlı olmasına diqqəti çəkən kafedra müdiri rezidentlərə məruzələri diqqətlə dinləməyi tövsiyə edib.
Şəfiqə Kərimlinin “Xoşxassələi paroksizmal başgicəllənmə”, Rövşən Məhərrəmovun “Burun travmaları”, Fuad Dövlətovun “Meningioma”, Zahid Əliyevin “İntradural disk yırtıqları” mövzularında çıxışları maraqla qarşılanıb. Seminar diskussiya şəraitində öz işini başa çatdırıb.