“Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Azərbaycan Könüllü Həkimlər Assosiyasiyasının (AKHA) birgə təşkilatçılığı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə şəhid ailələrinin üzvləri və qazilər üçün regionlarda təşkil olunan növbəti tibbi aksiya “Şahdağ Quba & Truskavets Tibbi Sanatoriyası”nda keçirilib. Aksiyada Azərbaycan Tibb Universitetinin həkimləri və tələbələri də iştirak eidblər.
Yanvarın 29-da aparılan müayinələrə Quba və Xaçmaz rayonlarından 250-dən çox vətəndaş cəlb edilib.
Paytaxtın müxtəlif dövlət və özəl xəstəxanalarında çalışan kardioloq, onkoloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslar üzrə könüllü həkim heyəti tərəfindən keçirilən müayinələrdə xəstəlik aşkar edilən vətəndaşlara müvafiq müalicə kursları təyin edilib, həmçinin zəruri dərman vasitələri ilə təmin olunublar. Digər patologiya aşkarlanan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.
Xəstəlik aşkarlanmış vətəndaşların növbəti mərhələdə tam müayinələrdən keçirilməsi, müalicəsi və zərurət olduqda cərrahi əməliyyatları da layihə çərçivəsində təmin ediləcək.
Tibbi aksiyanın təşkilinə RİİB könüllüləri tərəfindən yaxından dəstək verilib.