Fevralın 2-də I Müalicə-profilaktika fakültəsinin elmi şurasının iclası keçirilib. İclası fakültənin dekanı, dosent Elşad Novruzov açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
"2021/2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasının yekunları" barədə professor Eldar Qasımovun, "Yaz semestrinə hazırlığın vəziyyəti haqqında" isə professor Elmira Əliyevanın məruzələri dinlənilib. Fakültə elmi şurasının üzvləri hər iki məruzə ətrafında geniş fikir mübadiləsi aparıblar.
Bundan sonra digər məsələlər müzakirə edilib. İnsan anatomiyası və tibbi terminologiya kafedrasının dosenti Elmira Ocaqverdizadənin universitetin “Fəxri fərman”ına layiq görülməsi, bir aylıq əmək haqqı məbləğində mükafatlandırılması barədə rektorun müvafiq əmri oxunub və “Fəxri fərman” univrsitetin rəhbəri adından ona təqdim olunub.
Şura üzvləri "Təbib" qəzetinin 15 dekabr 2021-ci il tarixli sayında dərc olunmuş elana əsasən, kafedralar üzrə müvafiq yerləri tutmaq üçün müsabiqədə iştirak etmək məqsədilə sənəd təqdim edənlərin siyahısı ilə də tanış olublar.